Ru
Bakı
USD
EUR
GBP
RUB

“İntellekt akademiyası -2” layihəsi uğurla başa çatıb (FOTO)

news photo

14.11.2019 17:24 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə keçirilən “İntellekt Akademiyası-2” layihəsi uğurla başa çatıb.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, layihə çərçivəsində ali və orta, orta-ixtisas təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, onların intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi məqsədilə müxtəlif formatda intellektual yarışlar keçirilib. Qeyd edək ki, yarış zamanı Mingəçevirdə yaşayan və təhsil alan gənclərlə yanaşı, ətraf regionları təmsil edən komandalar da iştirak edib. Layihənin yekun yarışında çıxış edən İşıqlı Gələcəyin icraçı direktoru Rəşad Qurbanov Azərbaycan Respublikasının Gənclər Fonduna və layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mingəçevir Gənclər Evinə öz təşəkkürünü bildirib. “Xəmsə” milli intellektual oyununda bütün komandalara uğurlar arzulayan icraçı direktor  gənclərin intellektual oyunlara maraq göstərməsi və cəlb edilməsinin uğurlu addım olduğunu vurğulayıb, bu oyunların komanda şəklində keçirilməsinin onların kollektivləşməyə, kollektiv oyunlara marağını artırmaqda böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ümumilikdə 9 komandanın bilik və bacarığını yarışdırdığı “Xəmsə” milli intellektual oyununda “Panteon” komandası 5101 xalla yarışın qalibi , “Legends” komandası II, “Anti-pation” komandası isə 3-cü yerin sahibi olub. Sonda qalib komanda və üzvləri kubok, medal və sertifikatlarla, II və III yerin sahibi olan komanda üzvləri isə medal və sertifikatlarla təltif edilib.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi