Ru
Bakı
USD
EUR
GBP
RUB

“Intel Athena” layihəsi “5G” və süni intellektli kompüterlərin yaradılmasına kömək edəcək

news photo

10.01.2019 17:00 // High-tech

Intel” şirkəti “CES 2019” sərgisində fərdi kompüter istehsalçıları üçün yeni proqramın istifadəyə verildiyini açıqlayıb. Şirkət “5G” texnologiyasını və süni intellekti dəstəkləyən mobil fərdi kompüterləri “Athena” layihəsi çərçivəsində inkişaf etdirəcək. 3dnews.ru saytının məlumatına görə, proqram yeni mühitin yaradılması, süni intellekt və “5G” daxil olmaqla yeni nəsil texnologiyaların effektiv istifadəsi üçün nəzərdə tutulur.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan Youthportal.az-a bildiriblər ki, istehsalçı notbukun qapağının açılması və sistemin tam işə salınması arasında vaxtı minimallaşdırmaq niyyətindədir. Bundan əlavə, gün ərzində batareya ilə iş vaxtı, qurğuların transformasiya edilən formatları, yüksək məhsuldarlıq qarşıya qoyulan məqsədlər sırasındadır.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Athena” layihəsinin sertifikasiyasına uyğun ilk qurğular 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq. Layihə çərçivəsində “Acer”, “ASUS”, “Dell”, “Google”, “HP”, “Innolux”, “Lenovo”, “Microsoft”, “Samsung” və “Sharp” kimi istehsalçılar artıq “Intel” ilə əməkdaşlığa başlayıb. Qurğuların həm “Windows”, həm də “Chrome” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi