Ru
Bakı
USD
EUR
GBP
RUB

İnşa müsabiqəsinin qalibləri bəlli oldu

news photo

17.10.2017 17:03 // Cəmiyyət

17 oktyabr 2017 –ci il tarixində Salyan rayon Təhsil şöbəsinin akt zalında Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən 13 oktyabr 2017 –ci il tarixində şəhər 2 saylı tam orta məktəbdə keçirilmiş Dövlət Müstəqilliyi günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında baş tutmuş inşa müsabiqəsinə yekun vurulmuşdur. Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilat komitəsi tərəfindən təyin olunmuş münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmələr zamanı qalib elan olunmuş şagirdlər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edilmişdir.

Münsiflər heyətinin qərarına əsasən Dövlət Müstəqilliyi günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində qaliblər aşağıdakı kimi müəyyənləşdirildi.

I yer Əliyeva Vəzifə Şahin qızı Salyan rayon Şəkərli kənd tam orta məktəbi

II yer Əliyeva Səbuhə Rafiq qızı Salyan şəhər 2 saylı tam orta məktəb

III yer Kərimli Rahidə Salyan şəhər 2 saylı tam orta məktəb

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi