Ru
Bakı
USD
EUR
GBP
RUB

“İnsan alverinə son” mövzusunda dəyirmi masa keçirilmişdir

news photo

05.09.2019 16:37 // Gənclər üçün

Dörd sentyabr 2019-cu il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsində  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq  yarımbəndinin icrası ilə   bağlı, gənclər arasında  “İnsan alverinə son” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə rayonun müəssisə və təşkilatlarından fəal gənclər dəvət olunmuşdur.

Youthportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Fidan Nəsirli, mövzu  ilə bağlı geniş və ətraflı məlumat verərək qeyd etdi ki, bu günkü tədbir gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə  layihə və proqramların   həyata keçirilməsinə lazımı köməkliklərin göstərilməsinə həsr olunmuşdur. O  qeyd etdi ki, insan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, siyasi və şəxsi amillərin yaratdığı mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə,  gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial inteqrasiyanın olmaması, uşaq əməyi və ayrı-seçkilikdən irəli gəlir.

Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbə-gənclər  təşkilatının sədri   Elmin Xəlilov insan alveri qurbanına çevrilmənin mexanizmi haqqında danışaraq bildirdi ki, insan alverçiləri insanları bir sıra yollarla tora salırlar. Məsələn işədüzəltmə firmaları, nigah, turizm agentlikləri, iş və təhsil  haqqında internet elanları vasitəsilə.Bu gün dünyada insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.

Bərdə rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Hüsüzadə Tamam qeyd etdi ki,  Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdəndir.  Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarını cəmiyyət hər zaman mənfi qarşılayıb. Qadına qarşı zorakılığa “şəxsi” məsələ kimi yanaşmaq yolverilməzdir. Hər bir zorakılıq əməli, qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və məsuliyyətə səbəb olmalıdır.

Rayonun fəal gənclərindən olan Şəmsiyyə Abbasova, Nəsibə Kərimova, Tural Həsənzadə və digər tədbir iştirakçıları məsələyə öz münasibətini bildirdi. Qeyd etdilər ki, kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşlıq etməklə tədbirlər həyata keçirilməlidir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi