Ru
Bakı
USD
EUR
GBP
RUB

İnnovasiyalar Agentliyi Əqli Mülkiyyət Təşkilatının növbəti konfransında təmsil olunacaq

news photo

22.08.2019 17:05 // Cəmiyyət

Cari ilin sentyabrın 2-3-də Monqolustanın paytaxtı Ulan-Batorda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən açıq dənizə və dənizə çıxışı olmayan, az inkişaf etmiş və inkişaf edən ölkələr üçün “İnnovasiyalar və texnologiyalar sahəsində potensialın artırılması istiqamətində əməkdaşlığın qurulması” üzrə regionlararası konfrans keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi konfransda təmsil olunacaq.

Agentlikdən Youthportal.az-a bildirilib ki, konfrans çərçivəsində əqli mülkiyyət sistemi və innovasiyadan istifadə etməklə iqtisadi inkişafın dəstəklənməsi, bununla bağlı gələcək əməkdaşlığın mümkün addımları, milli inkişaf məqsədinə çatmaq üçün elmi və texniki potensialdan səmərəli istifadə yolları və başqa mövzular müzakirə ediləcək.

Konfransa İnnovasiyalar Agentliyinin əməkdaşı da qatılacaq və agentliyin fəaliyyəti haqqında təqdimatla çıxış edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi