Ru
Bakı
USD
EUR
GBP
RUB

İnklüziv təhsillə bağlı layihələr ölkəmizdə uğurla reallaşdırılır

news photo

03.12.2019 16:57 // Təhsil

Təhsil Nazirliyi ilə UNISEF-in birgə əməkdaşlığı çərçivəsində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi hazırda Bakı şəhərində yerləşən 220 nömrəli məktəb-lisey, 138, 252 və 202 nömrəli tam orta məktəblərdə icra olunur.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, ümumilikdə 66 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

Ölkəmizdə inklüziv təhsillə bağlı Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də həyata keçirilir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrini əhatə edir.

Həmçinin UNISEF tərəfindən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi icra olunur. Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazaxda icra edilir.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə UNISEF-in birgə əməkdaşlığı çərçivəsində 2015-2016-cı tədris ilindən ölkəmizdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi