Ru
Bakı
USD
EUR
GBP
RUB

"İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə "Gənc investor 2018" III simulyasiya yarışı keçirilir

news photo

07.12.2018 12:49 // Gənclər üçün

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında birja ticarəti üzrə “GƏNC İNVESTOR” III simulyasiya yarışı keçilməsinə başlanılıb. 

Youthportal.az xəbər verir ki, açılış mərasimində çıxış edən BFB-nin idarə heyətinin sədri Vüqar Namazov və GİN-in sektor müdiri Nərminə Aslanbəyova ötən yarışlara nisbətən gənclərin Gənc investor 2018" III simulyasiya yarışında iştirak etmək marağının daha da yüksək olduğunu vurğulayıblar. Bu isə ötən yarışlara nisbətən iştirak edən komandaların çoxluğunda özünü göstərir. 

Tədbirdə çıxış edən nümayəndələr qeyd ediblər ki, birja ticarəti üzrə simulyasiya yarışı “praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.

Eyni zamanda tədbirdə qeyd olunub ki, ötən yarışlara nisbətən gənclərin Gənc investor 2018" III simulyasiya yarışında iştirak etmək marağı daha da yüksək olub. Bu isə ötən yarışlara nisbətən iştirak edən komandaların çoxluğunda özünü göstərir.

Çıxışlardan sonra yarışa start verilib. Yarışda 4nəfərdən ibarət olmaqla 19 komanda iştirak etmişdir. Yarış iki vacib - 1) master-klass təliminin keçirilməsi və 2) birja simulyatoru ilə əməliyyatların aparılması mərhələlərindən ibarətdir.  arış prosesində maliyyə bazarında baş verə biləcək hadisələrin modelləşdirilməsi və komandaların qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırmaları nəzərdə tutulub.

Qeyd edək ki, Yarışın keçirilməsində məqsəd - fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.

Foto-AZƏRTAC

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi