Ru
Bakı
USD
EUR
GBP
RUB

“İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında birja ticarəti üzrə “GƏNC İNVESTOR - 2018” III simulyasiya yarışı keçiriləcək

news photo

15.11.2018 11:45 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “İNKİŞAF Bİ(R)LİKDƏDİR!” devizi altında birja ticarəti üzrə “GƏNC İNVESTOR - 2018” III simulyasiya yarışı keçiriləcəkdir.

Bu yarışda siz, 4 nəfərdən ibarət komanda şəklində iştirak edərək, virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəksiniz. Virtual bazarda siz, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə etdiyiniz kapitalın artmasını təmin etməlisiniz. Ən yüksək nəticə göstərərək siz, nəinki qalib olacaqsınız, habelə real maliyyə bazarında real ticarətin aparılması qaydalarını öyrənəcəksiniz!

Youthportal.az xəbər verir ki, qalib komanda Bakı Fond Birjasının təcrübə proqramında iştirak etmək hüququnu qazanacaqdır.

Yarışda iştirak etmək istəyən gənclər və komandalar 27 noyabr 2018-ci il tarixinədək öz CV-lərini və yarışa qatılmaq hədəflərini əhatə edən niyyət məktublarını education@bse.az elektron poçt ünvanına göndərə bilər.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi