Ru
Bakı
USD
EUR
GBP
RUB

İnformatika fənni üzrə keçirilən seminarlarda 450 müəllim iştirak edib

news photo

25.12.2018 14:28 // Təhsil

Ümumtəhsil müəssisələrində informatika müəllimləri üçün seminarlar keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatları çatdırmaqdır.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda 450 informatika müəllimi iştirak edib. Seminarlarda informatika fənninin tədrisi zamanı dərsin düzgün istiqamətdə qurulması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin tədrisin keyfiyyətinə təsiri, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib.

Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi