Ru
Bakı
USD
EUR
GBP
RUB

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

news photo

04.06.2019 16:29 // Təhsil

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodlarının tədqiqi” sərlövhəli məqaləsi “Review of Computer Engineering Research” jurnalında dərc olunub.

Youthportal.az xəbər verir ki, məqalədə “Soft Computing” texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodları tədqiq edilib. “Soft Computing”ə aid komponentlər təhlil olunub, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılıb. Maşın təlimi və onun xüsusiyyətləri izah olunaraq müqayisəli təhlillər aparılıb və tövsiyələr verilib.

Qeyd edək ki, “The Conscientia Beam” akademik nəşriyyat qrupu tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) və digər bazalarda indeksləşir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi