Ru
Bakı
USD
EUR
GBP
RUB

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Koreya Respublikasında keçirilən təlimdə iştirak edir

news photo

09.08.2019 13:14 // Təhsil

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Turqut Yasin Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: texnologiyanın transferi və kommersiyalaşdırılması” mövzusunda keçirilən təlim proqramında iştirak edir.

İnstitutdan Youthportal.az-a bildirilib ki, “CİAT” təqaüdü əsasında “KOİCA” tərəfindən dəstəklənən təlim proqramına Salvador, Laos, Tunis, Fələstin, Əfqanıstan kimi ölkələrin müxtəlif qurumlarında çalışan nümayəndə heyətləri qatılıb.

Avqustun 15-dək davam edəcək proqram çərçivəsində Koreya təcrübəsi əsasında texnologiyanın kommersiyalaşdırılması, transferi, marketinqi və qiymətləndirilməsi, intellektual əmlakın idarə edilməsi, startaplara dəstək proqramlarının menecmenti mövzularında praktik mühazirələr təşkil olunur. Bundan əlavə, proqrama Koreya Respublikasının nüfuzlu texnologiya parkları və institutları, bu ölkənin tarixi və mədəniyyəti ilə tanışlıq daxildir.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi