Ru
Bakı
USD
EUR
GBP
RUB

İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək

news photo

10.07.2019 12:47 // Təhsil

AMEA-nın Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə noyabrın 29-da "İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri" V respublika konfransı keçiriləcək.

İnstitutdan Youthportal.az-a bildirilib ki, konfransın məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsidir.

Tədbirdə "Fərdi məlumatlar sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri", "Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübə", "İnformasiya cəmiyyəti şəraitində fərdi məlumatlar və insan hüquqları", "E-xidmətlərdə və e-kommersiyada fərdi məlumatların təhlükəsizliyi problemləri", "Big Data texnologiyalarında fərdi məlumatların təhlükəsizliyi problemləri", "Sosial şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi problemləri" və s. mövzularda müzakirələr aparılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi