Ru
Bakı
USD
EUR
GBP
RUB

İndoneziyanın “Tempo” jurnalında 31 mart soyqırımına dair geniş məqalə dərc edilib

news photo

05.04.2019 17:11 // Siyasət

31 mart tarixində İndoneziyanın “Tempo” həftəlik xəbər jurnalında azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edilib.

Azərbaycan XİN-nin məlumatına əsasən, məqalədə Azərbaycanın qanlı səhifələrlə dolu tarixinə nəzər salınaraq, rus inqilablarından məharətlə istifadə edən erməni daşnaklarının “Böyük Ermənistan” ideyası və bolşevik bayrağı altında Azərbaycanın müxtəlif regionlarında azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklərdən, o cümlədən Stefan Şaumyan və Avanes Apresyan kimi erməni qəsbkarlarının etiraflarından söz açılır.

Məqalədə, həmçinin, Quba hadisələrinə də toxunularaq, ermənilərin törətdikləri kütləvi insan qətlləri zamanı müsəlmanlarla yanaşı ləzgi və yəhudilərin, hətta qırğınlara etiraz edən gürcü və rusların da qətlə yetirildiyi faktına da diqqət çəkilir.

Sonda, o qanlı hadisələrin unudulmadığı vurğulanaraq, 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə keçmişdə və hazırkı dövrdə də azərbaycanlılara qarşı aparılan etnik təmizləmə faktları barədə dünya ictimaiyyətinin məlumatlandırıldığı bildirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi