Ru
Bakı
USD
EUR
GBP
RUB

İndoneziya səfirinin AzMİU-nun tələbələri ilə görüşü olub

news photo

15.03.2019 09:28 // Təhsil

İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.

Universitetdən YouthPortal-a bildiriblər ki, görüşdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb.

Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.

Diplomat əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya Respublikasının tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanda olduğu qısa vaxtda bu ölkəni artıq yaxşı tanıdığını və sevdiyini bildirib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir Azərbaycanda çox böyük işlərin görüldüyünü, ölkəmizin dinamik inkişaf yolunda olduğunu bildirib.

Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat ölkəsinin Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

İndoneziyanın mədəniyyətini və paytaxtı Cakarta şəhərini əks etdirən videoçarxın nümayişindən sonra səfir əvvəlcədən hazırladığı musiqi kompozisiyası ilə tədbir iştirakçılarının təəccübləndirib. Səfirin pianodakı ifası maraqla qarşılanıb. Eyni zamanda, diplomat İndoneziya milli musiqisini və Azərbaycanın məşhur mahnıları olan xalq mahnısı “Sarı gəlin”, “Azərbaycan”, “Gəl səhərim”i ifa edib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi