Ru
Bakı
USD
EUR
GBP
RUB

İmişlidə budo üzrə XI açıq Azərbaycan çempionatı keçiriləcək

news photo

10.02.2019 09:39 // İdman

Bu gün İmişli Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə XI açıq Azərbaycan çempionatı təşkil olunacaq. Yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından Youthportal.az-a bildiriblər ki, çempionatda rayon və şəhərlərdən 50-yə yaxın idman klubu iştirak edəcək.

Çempionatda idmançılar uşaqlar (7-9 yaş), yeniyetmələr (10-12, 13-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında mübarizə aparacaqlar. Yarışlar semi kontakt, full kontakt, fri kontakt, layt kontak, sabaki citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi