Ru
Bakı
USD
EUR
GBP
RUB

İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi elan edilib

news photo

13.07.2019 12:28 // Təhsil

Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir.

Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, flomaster, qrafika və s. texnikalarla işlənə bilər. Onun əks tərəfində iştirakçının adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi yazılmalıdır.

Əsərlər avqustun 10-dək Bakı Kitab Mərkəzinə təqdim edilməlidir.

Müsabiqədə fərqlənən iştirakçılara diplomlar, müxtəlif hədiyyələr təqdim olunacaq. Ən yaxşı əsərlər yekun sərgidə nümayiş ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi