Ru
Bakı
USD
EUR
GBP
RUB

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub (FOTO)

news photo

14.11.2019 18:05 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük şairi İmadəddin Nəsimiyə həsr olunan şeir müsabiqəsinə yekun vurulub.

Youthportal.az xəbər verir ki, müsabiqədə paytaxtın bütün rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin yerli seçim turuna qatılan və yüksək bal toplayan 22 istedadlı şagirdi iştirak edib. Şagirdlərin ifasında Nəsiminin qəzəllərindən nümunələr səsləndirilib. Oxucuların ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekunda 3 qalib seçilib və onlar diploma layiq görülüblər. Mükafat alanlar sırasında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları da var.

Qeyd edək ki, müsabiqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar paytaxtın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında şeir müsabiqəsinin keçirilməsi haqqında qəbul etdiyi qərara əsasən təşkil olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi