Ru
Bakı
USD
EUR
GBP
RUB

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təhsil konfransı keçirilib (FOTO)

news photo

16.09.2019 11:50 // Cəmiyyət

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləri Aydın Mirzəzadə, Kamaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Hüseyn Əsgərov, İlhamə Abdullayeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans məktəblilərin ifasında Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş bədii səhnəcik ilə başlayıb.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2018-2019-cu tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Aygün Əliyeva bildirdi ki, təhsil prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib.

Sonra tələbələri təbrik etmək üçün 283 №-li tam orta məktəbin şagirdi, prezident mükafatçısı Reyhan Camalova, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında yüksək nəticələr göstərmiş 284 №-li tam orta məktəbin məzunu Aliyə Mütəllibova, 313 №-li tam orta məktəbin məzunu Əfrəddin Mustafayev, 182 №-li  tam orta məktəbin məzunu Ümid Ələkbərov çıxış ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, millət vəkili Aydın Mirzəzadə, akademik Vaqif  Abbasov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də çıxışlarında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Tədbir tələbələrin təqdimatında bədii hissə ilə yekunlaşıb.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi