Ru
Bakı
USD
EUR
GBP
RUB

“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı!

news photo

15.02.2019 18:02 // Cəmiyyət

Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarıının və ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019 xanım sahibkarlar üçün müsabiqə”-ə müraciət mərhələsi artıq yekunlaşdı.

Respublika üzrə 16 yaşdan yuxarı bütün sahibkar xanımlar #WE2019 müsabiqəsinə müraciət edərək “İlin sahibkar xanımı” olmaq addımı atdılar. Yanvar ayının əvvəlində start götürən layihəyə artıq 161 xanım sahibkar müraciət edib. Müxtəlif yaş kateqoriyasından və biznes sahəsindən olan uğurlu sahibkar xanımlarımızın böyük maraqla qarşılayaraq etdikləri müraciətlər artıq münsiflər heyəti tərəfindən baxılmağa başlanılmışdır. 2 mərhələli seçimlərdən sonra Mart ayının əvvəlində “İlin sahibkar xanımı” açıqlanacaqdır. Qeyd edək ki, 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və İsveçrə Səfirliyi tərəfindən birgə aparılan araşdırmaya əsasən Azərbaycanda 150.000-dən çox xanım sahibkar var. #WE2019 müsabiqəsi ilə seçiləcək “İlin sahibkar xanımı”-nı mükafat olaraq xaricdə baş tutacaq startap və biznes tədbirində iştirak, biznes inkubasiya mərkəzlərində fəaliyyət göstərmək imkanı qazanacaqdır.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün: http://we.youthinc.az/ 

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi