Ru
Bakı
USD
EUR
GBP
RUB

“İlin ən yaxşı 5 müəllimi” layihəsinin qalibləri müəyyənləşib

news photo

14.10.2019 19:54 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Rəşid Tağıyev və Tofiq Vəliyevin təşəbbüsü ilə reallaşdırılan “İlin ən yaxşı 5 müəllimi” layihəsi maraqla qarşılanıb.

ADU-dan Youthportal.az-a bildirilib ki, qaydalara əsasən, əvvəlcə tələbələrin və kafedraların təklifi əsasında müəllimlərin namizədliyi irəli sürülüb. Dörd gün davam edən səsvermədən sonra layihənin qalibləri müəyyən olunub.

Layihədə ümumilikdə 24 müəllim iştirak edib. Qaliblər tələbələr arasında keçirilmiş sorğu və sosial şəbəkədə aktiv iştirak əsasında müəyyən olunub. Qaliblərin adlarını təqdim edirik:

Naibə Camalzadə – Filologiya fakültəsinin nəzdində xarici dillər kafedrası, alman dili müəllimi;

Aysel Səfərzadə – Təlimdə innovasiyalar kafedrası;

Vidadi Bəşirov – Pedaqogika kafedrası;

Mətanət Həsənova – Təhsil 2 fakültəsi, psixologiya kafedrası:

Ofelya Babayeva - Azərbaycan dilçiliyi kafedrası.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi