Ru
Bakı
USD
EUR
GBP
RUB

İlham Zəkiyev haqqında “Döyüşçü” filmi Kann Qızıl Mükafatına layiq görülüb

news photo

26.12.2017 17:13 // Cəmiyyət

BP-nin ikiqat paraolimpiya çempionu İlham Zəkiyev haqqında “Döyüşçü” filmi Kann Qızıl Mükafatına layiq görülüb.

Bu barədə Youthportal- a BP-nin Bakı ofisinin mətbuat xidmətindən bildirilib.

“Bu yol qaranlıqdan işığa aparan yoldur, bu nəhəng kişi isə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevdir. O, 18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi “Döyüşçü”yə çevrilə bilib. BP-nin “Döyüşçü” filmi belə başlanır”, - deyə məlumatda qeyd edilir.

BP “London-2012” Oyunlarından başlayaraq İlham Zəkiyevə sponsorluq edir. O, BP-nin idmançı səfiridir və şirkət də onun haqqında qısa videoçarx hazırlayıb. “Döyüşçü” adlanan bu video “Rio-2016” Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi “Daxildən Gələn Enerji” kampaniyası üçün hazırlanmış 8 filmdən biridir. Bu vaxtadək “Döyüşçü”yə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

İki mükafat “Cannes Corporate Media & TV Awards 2016” müsabiqəsində qazanılıb - “Kann 2016 Qızıl Mükafat Qalibi” (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və “Kann mükafatı” (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında).

Üçüncü mükafat isə “EVCOM Clarion Awards 2016” müsabiqəsində əldə edilib. Burada “Döyüşçü” filmi Sosial (ekran) filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. “EVCOM Clarion Awards” mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.

Bu mükafatlar həm BP-nin, həm də İlham Zəkiyevindir - hər iki qalibi təbrik edirik!

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi