Ru
Bakı
USD
EUR
GBP
RUB

İlham Əliyev: “YAP-a gənclərin axını davam edir”

news photo

08.02.2018 16:37 // Siyasət

“Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir, 700 mindən çox üzvü olan bu siyasi təşkilata gənclərin axını davam edir”.

Youthportal xəbər verir ki, bunu fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Son 25 ildə partiyanın şərəfli yol keçdiyini, bütün seçkilərdə qələbə qazandığını deyən dövlət başçısı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı fəal roluna toxunub.

Dövlət başçısı müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin xidmətləri sayəsində aradan qaldırıldığını bildirib.

Prezident İlham Əliyev 1993-cü ildən sonra Ulu öndərin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində qazanılan nailiyyətlərdən danışıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bu illəri ölkəmizin sürətli inkişaf dövrü kimi xarakterizə edən dövlət başçısı bildirib ki, ölkə qarşısında duran vəzifələr uğurla icra olunub, verilən vədlər həyatda öz əksini tapıb.Bu gün ölkədə mövcud olan sabitliyin üstünlüklərindən danışan ölkə başçısı vurğulayıb ki, bu amili şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir.

Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqların təmin olunduğunu və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini deyən dövlət başçısı qeyd edib ki, bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.

X X X

"Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir".

Youthportal xəbəri verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyevdeyib.

Dövlət başçısı bildirib ki, ölkədə, bütün azadlıqlar təmin edilir və edilməlidir: "Bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcək. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir".

Onun sözlərinə görə, Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcək: "Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verir".

X X X

"Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir".

Youthportal xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyevdeyib.

"Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin, bəlkə də, ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik", - deyə, dövlət başçısı əlavə edib.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi