Ru
Bakı
USD
EUR
GBP
RUB

“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında...

news photo

09.07.2019 18:53 // Cəmiyyət

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin iyun buraxılışı çap olunub.

İnstitutdan Youthportal.az-a bildirilib ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ramazan bayramı münasibətilə bağlı təbrikləri yer alıb.

Qəzetin ikinci səhifəsində Aİİ-nin rektoru Ceyhun Məmmədovun ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışına həsr olunmuş “Milli qurtuluşumuzun banisi” başlıqlı məqaləsi verilib.

Mətbu orqanın 3-cü səhifəsində iyunun 19-da Avstriyanın paytaxtı Vyanada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi və Azərbaycanın Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında geniş yazı yer alıb.

Qəzetin dördüncü səhifəsində dərc olunan “Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin əhəmiyyəti və mahiyyəti” adlı məqalədə bugünkü Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemindən, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ali rəhbərliyə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlərin milli dövlətçilik baxımından xüsusi əhəmiyyətindən, dövlət qulluğunun düzgün təşkilinin dövlət qulluqçularının peşəkarlıq səviyyəsini gündən-günə yüksəltməyə zəmin yaratmasından, dövlət idarəçiliyinin səmərəliliyinin ixtisaslı kadrların hazırlanması və qulluğa cəlb olunması ilə təmin edilməsindən danışılır.

“İlahiyyatçı” qəzetinin iyun buraxılışında, həmçinin “Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun tələbələrə və onların valideynlərinə müraciəti”, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir”, “Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar”, “Yay imtahan sessiyasının gedişatı izlənib”, “İmtahanlar davam edir”, “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar”, “Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub”, “Azərbaycan İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu”, “Aİİ-nin kafedra müdiri UNEC-də məruzə ilə çıxış edib” başlıqlı məqalələr yer alıb.

Həmçinin qəzetdə tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara istiqamətləndirilməsi məqsədilə təşkil olunan müxtəlif mövzularda görüşləri əks etdirən tədbirlər haqqında yazılar verilib. “Tələbələrlə görüş”, “Çin Xalq Respublikasının “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının nümayəndələri ilə görüş”, “Kamil Musəvi ilə görüş”, “Xalq artisti Arif Quliyevlə görüş” yazıları bu qəbildəndir.

2019-2020-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri qəzetdə “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə” başlıqlı yazıda əks olunub. Məqalədə Biləsuvarda, Mingəçevirdə keçirilən görüşlər barədə ətraflı məlumat verilib.

Qəzetin müxtəlif səhifələrində institut əməkdaşlarının “Regionun ən güclü hərbi qüvvəsi: Azərbaycan Ordusu”, “İkinci dilin tədrisində motivasiya amili”, “İlham və Fərizə”, “Mirzə Cəlil dühası”, “Qədər haqqında nə bilirik?”, “Mötədillikdən nəyi anlamalıyıq?” başlıqlı məqalələri əksini tapıb.

Qəzetdə, həmçinin institut tələbələrinin “Milli geyimlərimiz” və “Qarabağım” sərlövhəli məqalələri də dərc olunub.

“Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir” başlıqlı yazı isə qəzetin son səhifəsində yer alıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi