Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun yeni nəşri: “Heydər Əliyevin kəlamları”

news photo

15.07.2019 12:43 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə “Heydər Əliyevin kəlamları” adlı kitab nəşr etdirib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, kitabda Ulu Öndərin xidmətlərini, onun Azərbaycanda elm və təhsilin, maarifçiliyin inkişafında, milli ideologiyanın formalaşmasında, dini-mənəvi dəyərlərin və multikultural mühitin qorunmasında misilsiz fəaliyyətini əks etdirən kəlamları Azərbaycan dili ilə yanaşı, 20 xarici dildə, o cümlədən rus, türk, ingilis, ərəb, fars, alman, fransız, ispan, italyan, ibri, Çex, polyak, serb, hind, macar, rumın, yunan, İndoneziya, Koreya və portuqal dillərində təqdim olunur.

Qeyd edək ki, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılıb, cild-cild kitablar nəşr olunub. Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Bu irs gələcək nəsillərin də tədqiqat obyekti olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi