Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun tələbələrinin yay məktəbi başa çatıb (FOTO)

news photo

07.08.2019 14:13 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi başa çatıb.

İnstitutdan Youthporal.az-a bildirilib ki, yay məktəbinin sonuncu günü keçirilən tədbirdə Türkiyənin Dini İşlər İdarəsinin Bursa Təhsil İdarəsinin şöbə müdiri Mehmet Mercan və Anadolu İmam Hatip Liseyinin müdiri Mehmet Türkmen yay məktəbi proqramının böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Yay məktəbinin, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd edilib ki, tələbələrin yay məktəbində qazandıqları biliklər onlara gələcək fəaliyyətlərində kömək edəcək.

Yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Xatırladaq ki, yay məktəbi zamanı tələbələrə ərəb dili, ingilis dili, Quran, təfsir, siyər, hədis, fiqh, pedaqogika, türk dili və ədəbiyyat fənləri tədris olunub.

Alimlərin seminar və mühazirələri ilə zəngin olan yay məktəbində tələbələr, həmçinin Bursa şəhərinin bir sıra tarixi yerlərini – məscidləri, mədrəsələri də ziyarət ediblər.

İyulun 21-dən avqustun 5-dək keçirilən yay məktəbində Azərbaycan, Qazaxıstan və Qırğızıstan ali məktəblərinin İlahiyyat fakültələrinin tələbələri iştirak ediblər. Proqram tələbələr arasında məlumat mübadiləsi aparılması, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi