Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib

news photo

05.12.2019 10:01 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaş və tələbələrinə “Vikipediya”nın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk hazırda respublikamızda “Vikipediya” hərəkatının genişləndirilməsi istiqamətində müxtəlif işlər görüldüyünü qeyd edib. Direktor müavini hazırda “Vikipediya” Metodik Mərkəzinin tədris, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı təbliğat, elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.

Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi Rövşən Məmmədli ilahiyyat sahəsində məqalələrin hazırlanmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, dini sahədə əldə edilən biliklərin elektronlaşdırılaraq geniş oxucu kütləsinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. O, tələbələrin bu sahədə aktiv olacaqlarına, “Vikipediya”da dini mövzuda yeni məqalələr əlavə edəcəklərinə əminliyini ifadə edib.

Aİİ-nin II kurs tələbəsi Aytac Mustafalı tələbələr adından çıxış edərək, “Vikipediya” könüllüləri olaraq gələcək fəaliyyətlərində dini sahədə məqalələrin hazırlanması və sosial mediada yerləşdirilməsində aktiv iştirak edəcəklərini bildirib.

Qeyd edək ki, təlimlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri Aynur Yusifzadə, Səbinə Abızadə tərəfindən keçirilib. Bu müddət ərzində Aİİ-nin “Vikipediya” könüllüləri islamşünaslıq və dinşünaslıq sahələrini özündə əks etdirən 50-dən artıq məqalə hazırlayıblar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi