Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun kollektivi məhkum qadınlara baş çəkib

news photo

09.01.2019 16:16 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi, əməkdaşları və tələbə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində olub. Bu barədə AZƏRTAC-a Aİİ-dən bildirilib.

Rektor Ceyhun Məmmədov görüş zamanı qeyd edib ki, Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi, milli ruhda hazırlanması, onlarda milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər keçirir. Aİİ xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.

Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayan C.Məmmədov cəzaçəkmə müəssisələrində məhkumların saxlanma vəziyyətinin buna bariz nümunə olduğunu qeyd edib. Bildirilib ki, dövlətimiz tərəfindən məhkum qadınların hüquqlarının müdafiəsi və problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını deyən rektor dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu bildirib. O, Aİİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən, seminar və layihələrdən bəhs edib. Rektor bildirib ki, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq hər bir ölkə vətəndaşının vəzifəsidir.

Ədliyyə kapitanı, psixoloq Zülfiyyə İbrahimova isə bu təbəqədən olan insanlara dövlətin hər zaman yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb. O, Aİİ-nin bu təşəbbüsünü təqdir edib, silsilə tədbirlərin gələcəkdə də davam etdirilməsinin mənəvi dəstəyə ehtiyac duyan qadınlar üçün vacib olduğunu bildirib.

Görüş zamanı Aİİ-nin kollektivi tərəfindən müəssisədə cəza çəkən məhkumlara müxtəlif hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi