Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun heyəti BİU-nun Zaqatala filialını və Əliabad İslam Kollecini ziyarət edib (FOTO)

news photo

20.05.2019 14:24 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Zaqatala rayonuna səfər zamanı Bakı İslam Universitetinin (BİU) Zaqatala filialında və Əliabad İslam Kollecində müəllim və tələbə kollektivi ilə görüşüb.

Azərbaycan İlahiyyat İnstitutundan Youthportal.az-a verilən məlumata görə, BİU-nun Zaqatala filialının direktoru Malik Bilalov İnstitutun heyətini salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Filial haqqında geniş məlumat verən M.Bilalov tədris prosesi, keçirilən fənlər barədə danışıb. Sonra İnstitut heyəti dərs prosesi ilə tanış olub, tələbələrlə söhbətlər aparıb.

Əliabad İslam Kollecində müəllim və tələbə heyəti ilə görüş zamanı təhsil müəssisəsinin direktor müavini Səməd Vahabov tələbələrə Aİİ haqqında məlumat verib. Vurğulayıb ki, dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmə böyük əhəmiyyət kəsb edir.

Aİİ rektoru Ceyhun Məmmədov müəllim və tələbələri salamlayıb, kollecdə olmaqdan məmnunluğunu ifadə edib. Rektor Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib.

Ali təhsil müəssisəsi haqqında bəhs edən rektor İnstitutun yaradılma məqsədi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında danışıb.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, kollec tələbələrinə instituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. F.Yusifova xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

Sonda kollec tələbələrini maraqlandıran suallar cavablandırılıb.

İnstitut heyəti səfər zamanı Zaqatala şəhəri Car, Tala və Əliabad məscidlərini ziyarət edib, dini ibadət müəssisələri haqqında Aİİ kollektivinə məlumatlar verilib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi