Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” çapdan çıxıb

news photo

24.12.2018 14:50 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı nəşr edilib.

Aİİ-dən Youthportal.az-a verilən məlumata görə, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan topluda universitet həyatının bütün sahələrini tənzimləyən 31-ə qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab institutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları ehtiva edir.

Mövcud olan bölmə və strukturların fəaliyyətini tənzimləyən sənədlərin hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, İnstitutun Nizamnaməsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına istinad olunub.

Gələcəkdə institutun fəaliyyət dairəsinin genişlənməsi, yeni struktur bölmələrinin yaradılması ilə mövcud əsasnamə və qaydaların təkmilləşdirilməsi, həmçinin yeni sənədlərin hazırlanması nəzərdə tutulub.

Kitab təhsil prosesi iştirakçılarının istifadəsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, institutun “Din araşdırmaları” jurnalı və “İlahiyyatçı” qəzetinin ilin sonunadək çapdan çıxması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi