Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

news photo

20.12.2018 14:39 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunun dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizova Beynəlxalq İslam Düşüncəsi İnstitutu və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən “MDB ölkələrində İslam təhsili” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, E.Əzizova simpoziumda “Müstəqillik dövrünün Azərbaycan məktəblərində din təhsilinin inkişaf prosesi “Həyat bilgisi” dərslikləri çərçivəsində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dünyəvi dövlət olan Azərbaycanın orta məktəblərində müstəqil din dərsinin olmadığı, I-IX siniflərdə “Həyat bilgisi” dərsliyində dinlə əlaqəli məlumatların tədris edildiyi, bu fənn ilə şagirdlərə müxtəlif dünya dinləri haqqında əsas biliklərin öyrədildiyi, milli və bəşəri dəyərlərə əsaslanan tərbiyənin daha sistemli və nəticəyönümlü olaraq mənimsədildiyi bildirilib. Məruzədə kvantitativ məzmun analizi və kvalitativ mövzu analizi metodlarından istifadə olunaraq, “Həyat bilgisi” dərsliklərində dinə baxışı əks etdirən üslub, məzmun və vizuallar dəyərləndirilib. E.Əzizova “Həyat bilgisi” dərsliklərində dini biliklərin verilməsi zamanı hansı üslubdan istifadə edilməsi, ölkəmizin özünəməxsus dini demoqrafiyasının nəzərə alınması, dini tolerantlığın Azərbaycan modelinin əks olunması kimi məsələlərə aydınlıq gətirib.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi