Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır (FOTO)

news photo

18.10.2019 11:14 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, yeni yaradılan mərkəzin könüllüləri MEK-in “Vikipediya” Metodik Mərkəzinin təlimlərinin iştirakçılarıdır. Onlar “Vikipediya”da dini və digər mövzularda məqalə yaradılması və redaktə olunması ilə məşğul olacaqlar.

Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, institutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələr yerləşdirilməsi baxımından əhəmiyyətlidir. Rektor “Vikipediya”nı müasir dünyamız üçün önəmli ensiklopedik resurs adlandırıb. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə aktiv olmağı tövsiyə edib.

Hazırda “Vikipediya” Metodik Mərkəzi tədris, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı, təbliğat, elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərir. Mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi