Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda tələbələr üçün esse müsabiqəsi

news photo

22.10.2019 10:59 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 25-dən noyabrın 25-dək gənclərin vətənpərvərlik, milli mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə institut tələbələri arasında “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi elan edir.

Azərbaycan İlahiyyat İnstitutundan Youthportal.az-a bildirilib ki, müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edəcək.

Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap edilmiş 2500 sözdən artıq olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse, şəxsiyyət vəsiqəsinin və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər. Qalib gələn tələbələr mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi