Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda tələbə vəsiqələri təqdim olunub (FOTO)

news photo

17.10.2019 11:16 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrə vəsiqələrini təqdim edib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, rektor Ceyhun Məmmədov gəncləri bu ali təhsil müəssisəsində yaradılan şəraitdən bəhrələnməyə, dərslərdə aktiv olmağa, dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən mənimsəməyə, dil bilgilərinə yiyələnməyə, ictimai həyatda fəallıq göstərməyə çağırıb.

Rektor müstəqilliyimizin möhkəmləndirilməsi, cəmiyyətin tərəqqisi, ölkəmizin güclənməsi, dəyərlərimizin qorunması üçün tələbələrə davamlı surətdə öz üzərində işləməyi, fərdi bilik və bacarıqlarını artırmağı tövsiyə edib: “Uğurun yolu dəqiq hədəf və məqsədlərdən keçir. Uğurlu gələcək üçün konkret hədəf və məqsədinizin olması labüddür”.

Ceyhun Məmmədov institutun tələbələrinin rəy və təkliflərinin öyrənilməsi məqsədilə ali təhsil müəssisəsində xüsusi qutunun qoyulduğunu bildirib. Qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi, tələbələrin təkliflərinin dəyərləndirilməsi üçün onları institutun rəhbər və müəllim heyəti ilə fəal əməkdaşlığa dəvət edib.

Xatırladaq ki, bu il Azərbaycan İlahiyyat İnstitutuna 76 tələbə qəbul olub. Onlar ali təhsil müəssisəsində ödənişsiz təhsil alır, bütün fənlər üzrə pulsuz dərsliklər və geyim forması ilə təmin edilirlər. İnstitutda yüksək səviyyədə tədrisin təmini məqsədilə zəruri olan bütün tələblər yerinə yetirilir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Anamın kitabı”nı bir daha oxuyaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi