Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda tədris ilinə hazırlıq məsələləri və qarşıda duran vəzifələr müzakirə edilib

news photo

13.09.2019 10:22 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti, tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, tədbirdə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı yekun hesabat, ali məktəbin yeni tədris ilinə hazırlığı və gələcək vəzifələri müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin bu günədək gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərilir.

Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışan Ceyhun Məmmədov zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislər yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, potensialımızı ortaya qoyub tələbələrin bilik və bacarıqlarının artırılması, şəxsiyyət kimi formalaşması üçün çalışmalıyıq.

İnstitutun yeni tədris ilinə tam hazır olduğunu bildirən rektor ali təhsil müəssisəsinin binasında təmir işlərinin yekunlaşdığını, tələbə qəbulunun uğurla başa çatdığını, bir sıra dərsliklər üzərində işlərin tamamlandığını, yeni kitablar nəşr edildiyini, yeni qəzet və jurnalların işıq üzü gördüyünü qeyd edib.

Yeni müəllimlərin Aİİ-nin əməkdaşları sırasına qoşulduğunu bildirən rektor vurğulayıb ki, məqsədimiz öz sahələrinin peşəkarı olan mütəxəssisləri işə cəlb etməkdir.

Daha sonra rektor institutun qarşıda duran vəzifələrindən danışıb. Bildirib ki, mövcud ixtisas üzrə dünya təcrübəsinin öyrənilməsi üçün xarici ölkə universitetləri ilə əlaqələrin qurulması, dərsliklərin, ilahiyyat sahəsində elmi tədqiqatların çap olunmasına səylə çalışmalıyıq.

Ceyhun Məmmədov məzun bazasının yaradılmasının, Karyera Mərkəzinin təşkilinin başa çatdırılmasının zəruriliyini vurğulayıb.

İclasın sonunda bir sıra təşkilati məsələlər müzakirə olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi