Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda seminar(FOTO)

news photo

18.11.2019 12:02 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, tədbirin moderatoru Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov iştirakçılara mövzu haqqında məlumat verib. O qeyd edib ki, xalqın mədəniyyətinin inkişafında və formalaşmasında tarixən yaranan milli-mənəvi dəyərlər mühüm rol oynayır. Hər bir xalqın milli-mənəvi aləminin formalaşmasına dil, din və adət-ənənə həlledici təsir göstərir. Əxlaqi dəyərlər insanların bir-birinə sevgisi, məhəbbəti, şəfqəti, mərhəməti, qarşılıqlı qayğı və yardımetmə hissidir.

Aqil Şirinov ali təhsil müəssisəsində mütəmadi keçirilən konfrans, seminar, dəyirmi masa və təlimlərin təşkil olunmasında məqsədin gənclərimizə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun aşılanmasına, onların peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verməkdən ibarət olduğunu vurğulayıb.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda məruzə edib. Həzrət Peyğəmbərin ümumbəşəri əxlaqa təşviq edən bir çox kəlamları olduğunu, eləcə də “İslam gözəl əxlaqdır”, “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl olandır” hədislərinin insanları kamil əxlaqa səslədiyini qeyd edib. Vüqar Səmədov İslam dininin ədalət, əhdə sadiqlik, əfv etmək, düzgünlük, sevgi, qardaşlıq, mərhəmət kimi gözəl əxlaqı təşviq etdiyini, haqsızlıq, riya, həsəd və s. mənfi xüsusiyyətləri pislədiyini nəzərə çatdırıb.

Tədbirdə iştirak edən türkiyəli yazar Əhməd Turqut Həzrət Peyğəmbərin “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” kəlamına diqqət çəkərək bildirib ki, İslam dini insanlara nəzakətli olmağı və yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirməyi tövsiyə edir. O, Qurani-Kə

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi