Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda seminar təşkil olunub (FOTO)

news photo

27.08.2019 16:07 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Sultan Qabus Universiteti Ədəbiyyat və humanitar fənlər fakültəsi ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi İhsan Sadiq Məhəmməd Əlləvatinin təqdimatında “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda seminar təşkil olunub.

İnstitutdan Youthportal.az-a bildirilib ki, seminarı giriş sözü ilə açan Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, institutda ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi ilə birgə ərəb dilinin mükəmməl şəkildə öyrədilməsi də nəzərdə tutulub.

İlkin Əlimuradov müasir dövrdə ərəb dilinə artan maraqdan, ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.

İhsan Sadiq Məhəmməd Əlləvati “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda məruzə ilə çıxış edib. O, ərəb dilinin zənginliyi haqqında məlumat verib, müasir ərəb ədəbi dili ilə dialektlər arasındakı fərqlər və ixtilaflardan danışıb.

Seminar avqustun 28-də yekunlaşacaq.

Elmi seminarda ərəbşünaslar, şərqşünaslar və mövzu ilə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

Xatırladaq ki, ərəb dili söz ehtiyatına görə, dünyanın böyük dillərindən hesab edilir. Canlı dillər arasında 15 əsr ərzində davamlı şəkildə üstün mövqeyini qoruyub-saxlayıb. Bu dili öyrənən şəxslər müasir ərəb dilindən istifadə edərək, İslamdan əvvəlki dövrə aid, eyni zamanda, İslam elmləri ilə bağlı mətnləri oxuya bilərlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi