Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda təlim keçirilib

news photo

25.12.2018 15:40 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırovun təqdimatında “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda seminar keçirilib.

Aİİ-dən Youthportal.az-a verilən məlumata görə, İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminar iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilir.

Z.Əliyeva mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin ictimai-mədəni fəaliyyətinin təşkili üçün də səylə çalışdığını bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırov “Nitq – fikir və düşüncələr təzahürü” mövzusunda çıxışı zamanı qeyd edib ki, istənilən peşədə doğru və düzgün nitqin olması vacibdir. S.Bağırov nitqin formalaşmasında mütaliənin rolunun böyük olduğunu vurğulayıb. Nitq mədəniyyətində mövcud problemlərdən danışarkən qeyd edilib ki, təlim, təhsil və tərbiyədə olan yanlışlıqların aradan qaldırılması vacibdir.

Bildirilib ki, nitqin elmiliyi nitq mədəniyyətinin birinci və əsas şərti olan nitqin düzgünlüyünə əsaslanmalıdır. Belə ki, dilin fonetik, leksik və qrammatik qaydalarına tam şəkildə əməl olunmalıdır.

Seminarın sonunda S.Bağırov tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi