Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib

news photo

11.09.2019 11:01 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, tədbirdə Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov Kərbəla hadisəsi haqqında fikirlərini seminar iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının şəhid olması müsəlmanların hər zaman ürəkağrısı ilə xatırlayacağı hadisədir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Kərbəla hadisəsinin tarixi haqqında geniş məlumat verib. Vurğulayıb ki, Kərbəla hadisəsi özlüyündə düşmənə qarşı mübarizəni və vətən sevgisini təlqin edir. Bu gün ölkəmizin ərazisinin 20 faizi işğal altındadır. Torpaqlarımızın düşməndən azad edilməsi üçün hər birimiz səfərbər olmalı, ölkə başçısının həyata keçirdiyi siyasətə öz töhfəmizi verməliyik.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi