Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda cari tədris ilində ötən ayın yekunlarına dair müzakirələr aparılıb (FOTO)

news photo

04.12.2019 12:55 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının yekunları ilə bağlı növbəti iclasını keçirib.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, institut rəhbərliyi, müəllim heyəti və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.

Rektor Ceyhun Məmmədov çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. İnstitut rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir, təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərir.

Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edən Ceyhun Məmmədov zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas missiyalarından olduğunu nəzərə çatdırıb.

İnstitutun müəllimləri tərəfindən hazırlanan dərsliklərin nəşrinin əhəmiyyətindən bəhs edən rektor bildirib ki, ali təhsil müəssisəsinin heyəti olaraq müxtəlif layihələr üzərində davamlı işləməli, beynəlxalq əlaqələrimizin genişləndirilməsi istiqamətində çalışmalıyıq.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov ali təhsil müəssisəsində keçirilən fənlərin tələbələrə düzgün formada çatdırılması, intizamlı tədrislə yanaşı, keyfiyyətin qorunması məsələlərinə toxunub, Tədris Metodik Şuranın təşkil etdiyi açıq dərslər barədə məlumat verib.

Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov beynəlxalq indeksli jurnallarda məqalələrin çap olunması, müəllimlərin tədrisdən əlavə, məşğələlərdə tələbələrlə dərslər təşkil etməsi məsələlərindən danışıb.

İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov payız semestri ərzində görülən işlər, qarşıya çıxan problemlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

İnstitutun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistratura və doktoranturaya qəbulla bağlı məsələlərdən – doktoranturaya qəbul planı, proqramların hazırlanmasından bəhs edib.

Tədris şöbəsinin müdiri Zərifə Əliyeva tədris prosesindəki yeniliklərdən, sessiya zamanı ortaya çıxan çatışmazlıqlardan, əldə olunan uğurlardan, rəy və şikayətlər qutusuna daxil olan təkliflərdən söz açıb.

Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitab nəşri, elmi məqalələrin çap olunması haqqında görülən işlər, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi