Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda “Bədii əsər oxuma müsabiqəsi”nə qeydiyyat davam edir

news photo

17.11.2019 14:00 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün artırılması və maarifləndirilməsi üçün “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə start verib. Layihədə yerli və xarici ədəbiyyatın görkəmli nümayəndələrinin seçmə əsərlərinin oxunması nəzərdə tutulur.

İnstitutdan Youthportal.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr noyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.

Layihə çərçivəsində “Bədii əsər oxuma (yerli ədəbiyyat)” və “Bədii əsər oxuma (xarici ədəbiyyat)” müsabiqələri keçiriləcək. “Bədii əsər oxuma (yerli ədəbiyyat) - I” müsabiqəsi dekabrın 21-də olacaq. Layihədə İsa Hüseynovun “Məhşər”, Süleyman Rəhimovun “Mehman”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Cəfər Cabbarlının “Almaz”, Hüseyn Cavidin “İblis” əsərlərinin oxunması nəzərdə tutulur. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi