Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib (FOTO)

news photo

08.11.2019 13:43 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir?” mövzusunda seminar keçirilib.

Aİİ prorektoru Aqil Şirinov seminar iştirakçılarını salamlayaraq, mövzunun aktuallığına toxunub. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. A.Şirinov ali təhsil müəssisəsində mütəmadi surətdə keçirilən konfrans, seminar, “dəyirmi masa” və təlimlərin təşkil olunmasında məqsədin gənclərimizə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun aşılanmasına, onların peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verməkdən ibarət olduğunu vurğulayıb.

Daha sonra “Etnoqlobus” Beynəlxalq Onlayn Analitik Mərkəzinin direktoru Gülnarə İnanc “Azərbaycanlı olmaq, yaxud etnik, dini və milli kimlik nədir” mövzusunda geniş məruzə edib. G. İnanc qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı anlaşma və sülh şəraitində yaşayıblar. Bildirib ki, onlar Azərbaycan torpaqlarının düşmənlərdən müdafiəsi uğrunda birlikdə mübarizə aparıblar.

Məruzəçi vətəndaşlarımızda etnik şüurun deyil, milli şüurun aparıcı amil kimi formalaşması təbii yolla baş verir və bunun arxasında tarixi, mədəni, dini və ictimai amillərin dayandığını bildirib.

Seminar tələbələrin mövzu ətrafında suallarının cavablandırılması ilə yekunlaşıb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi