Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutuna qəbul olan tələbələrin 40 faizi qeydiyyatdan keçib (FOTO)

news photo

20.08.2019 14:36 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olan tələbələrin qeydiyyatı davam edir.

İnstitutdan Youthportal.az-a bildirilib ki, bu il dinşünaslıq və islamşünaslıq ixtisası üzrə ali təhsil müəssisəsinə 72 nəfər qəbul olub. Onların 40 faizi qeydiyyatdan keçib.

Qəbul olan tələbələr kifayət qədər yüksək balla Aİİ-ni seçiblər. Bu günə olan məlumata görə, dinşünaslıq ixtisasına ən yüksək bal 523, islamşünaslıq ixtisasına ən yüksək bal isə 346 olub.

Xatırladaq ki, 2018/2019-cu tədris ilində Aİİ-nin ixtisaslarına keçid balının 150 olmasına baxmayaraq, dinşünaslıq ixtisasına keçid balı 292, islamşünaslıq ixtisasına isə 200 bal idi.

Sənədlərin qəbulu avqustun 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-17:00 arasında Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.

İnstitutda tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan hər cür şərait yaradılıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatının aparılması üçün məsul şəxsin təyin edilməsi haqqında əmr imzalayıb. Qeydiyyatın vaxtında və dəqiq aparılması, növbəlilik prinsipi, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.

Qeyd olunan vaxtadək ali təhsil müəssisəsinə gəlib qeydiyyatdan keçməyənlər ixtisaslarından imtina etmiş sayılırlar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi