Ru
Bakı
USD
EUR
GBP
RUB

İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb (FOTO)

news photo

22.04.2019 12:53 // Cəmiyyət

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Aİİ-dən Youthportal.az-a verilən məlumata görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu Aİİ-nin rektoru Ceyhun Məmmədov və LDU-nun rektoru vəzifəsini icra edən Natiq İbrahimov imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, həmçinin elmi konfransların təşkili; elmi araşdırmaların aparılması; təlim kurslarının və seminarların keçirilməsi məqsədilə İnstitut və Universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi; ali təhsil müəssisəsində təhsilalanların elmi rəhbərlik, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.

İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor C.Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib.

Aİİ rəhbəri əməkdaşlıq təklifini qəbul etdiyinə görə LDU-nun rəhbərliyinə təşəkkürünü bildirib, rəhbəri olduğu ali təhsil müəssisəsinin xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında LDU-da həyata keçirilən işlər barədə məlumat verib. N.İbrahimov son illər ölkəmizdə elm və təhsilin inkişafı sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb. N.İbrahimov İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını və bunun üçün gərəkən hər bir səyi dəstəkləməyə hazır olduqlarını qeyd edib.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi