Ru
Bakı
USD
EUR
GBP
RUB

İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi

news photo

18.06.2019 13:29 // İdman

İkinci Avropa Oyunlarının məşəli yarışların keçiriləcəyi Minsk şəhərinə çatıb.

Youthportal.az xəbər verir ki, məşəli biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva, avarçəkmə üzrə Olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova məşəli Belarus paytaxtının mərkəzi meydanına çatdırıb.

Burada məşəl Minsk meri Anatoli Sivaka, Belarus Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifələrini icra edən Viktor Lukaşenkoya və idman və turizm naziri Sergey Kovalçuka təhvil verilib.

Qeyd edək ki, Avropa oyunlarının məşəli mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılıb, oradan Monblan zirvəsinə, Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşaya keçib.

İkinci Avropa oyunları iyunun 21-dən iyulun 1-dək Minskin “Dinamo” stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi