Ru
Bakı
USD
EUR
GBP
RUB

İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısına yürüş keçiriləcək

news photo

05.07.2017 17:19 // Cəmiyyət

Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yürüşə sabah Bakıdakı “Bridge Plaza”nın qarşısından başlanacaq.

Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər.

Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb.

Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi