Ru
Bakı
USD
EUR
GBP
RUB

III “İstedadların hazırlığı laboratoriyası” layihəsinin I onlayn turu bitdi

news photo

15.04.2015 13:01 // Bizim istedadlar

500-ə qədər yeniyetmənin iştirtak etdiyi III “İstedadların hazırlığı laboratoriyası” layihəsinin I onlayn turu artıq arxada qalıb.

45 dəqiqə sürən imtahan turunda 500 iştirakçıdan 71 nəfəri yüksək göstəricilər nümayiş etdirib. Fəal rayonların içərisində Bakı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərini, Şirvan, Biləsuvar, Qax rayonlarını və s. adlarını qeyd etmək olar.

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.

Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki fərqli formatda keçirilir: onlayn turlar və əyani turlar. 2015-ci ildə nəzərdə tutalan 3 online tur: 12, 19 və 26 aprel tarixləri üçün müəyyən edilmişdir. Hər bir virtual turda məktəblilər 45 dəqiqə ərzində 4-ü riyaziyyat, 3 fizika və 3 kimya fənni üzrə cəmi 10 məsələni həll etməlidir. Əyani tura vəsiqə qazanmaq üçün azı 8 məsələni düzgün həll etmək tələb olunur. İştirakçı bir və ya bütün on-line turlarda iştirak edə bilər. Azı bir turun nəticələrinin əyani turun şərtlərinə cavab verməsi kifayətdir.

Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak etmək hüququ qazanacaq. Hal-hazırda 19 və 26 aprel 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti II və III onlayn turlara hazırlıq işləri aparılır.

“İstedadların hazırlığı laboratoriyası” çərçivəsində təşkil olunan onlayn turlarda iştirak etmək üçün şagirdlər www.istedad.az saytında qeydiyyatdan keçmələri tələb olunur.

Qeyd edək ki, layihə 2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi layihəsi həyata keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi