Ru
Bakı
USD
EUR
GBP
RUB

II Avropa Oyunları könüllülərinin qeydiyyatı başlayıb

news photo

25.12.2018 13:03 // Dünyada

2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək II Avropa Oyunları könüllülərinin qeydiyyatına başlanılıb.

Youthportal.az Belarus KİV-lərinə istinadla xəbər verir ki, 18 yaşına çatmış hər bir şəxs beynəlxalq idman yarışlarının könüllülər korpusunun üzvü ola bilər. “Dobrovoltsı Rossii” sayrının məlumatına görə, Rusiyadan olan könüllülər də https://volunteers.minsk2019.by/ru saytında qeydiyyatdan keçə bilərlər. Anketlər aprelin 1-dək qəbul olunacaq.

Könüllülər qeydiyyatdan keçdikdən sonra onlayn rejimində təlimə cəlb olunacaq və onların xarici dil bilikləri yoxlanılacaq. Bu təlimi uğurla başa vuranların şəxsi kabinetlərinə könüllülər üçün iş təklifi, həmçinin onların akkreditasiyası barədə məlumat və Oyunlar barədə digər materiallar göndəriləcək.

II Avropa Oyunlarında stadionlarda 20 funksional istiqamət üzrə 8 min könüllü fəaliyyət göstərəcək. Təşkilatçıların sözlərinə görə, artıq 53 ölkədən 1 min müraciət daxil olub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi