Ru
Bakı
USD
EUR
GBP
RUB

“İELTS proqramına hazırlıq” layihəsinin ilkin mərhələsi keçirilib (FOTO)

news photo

03.04.2017 15:38 // Təhsil

Layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT) birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində keçirilib.

YouthPortal xəbər verir ki, layihə çərçivəsində tələbələr üçün ilkin seminar keçirilib. Seminarın moderatoru Fərid Muradov tərəfindən keçirilən layihə barədə gənclər məlumatlandırılıb və sözü İELTS üzrə mütəxəssis Əminət Diqanayevaya verilib.

Təlimçi Ə.Diqanayeva ilk növbədə mövzu haqqında gənclərə geniş məlumatlar təqdim edib. Seminar İELTS imtahanı sisteminə uyğun olaraq sözlərin düzgün oxunuşu, qrafiklərin hazırlanması, esselərin yazılmasına dair təlimatların verilməsi sahələrini əhatə edib. Seminarlarda tələbələrə İELTS imtahanı üzrə öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı yaradılıb və uyğun mövzular ilə bağlı geniş müzakirələr təşkil olunub, müxtəlif səpkili suallar təlimçi tərəfindən cavablandırılıb. Tezliklə seminarın növbəti mərhələsi həyata keçiriləcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi