Ru
Bakı
USD
EUR
GBP
RUB

İdmançılarımız Uşu üzrə Açıq Balkan Çempionatında uğurlu çıxış ediblər (FOTO)

news photo

06.08.2019 11:04 // İdman

Türkiyənin paytaxtı Ankarada keçirilən Uşu üzrə Açıq Balkan Çempionatına yekun vurulub.

Azərbaycan Uşu Federasiyasından Youthportal.az-a verilən məlumata görə, ölkəmizi yarışlarda təmsil edən yeniyetmələrdən Amal Məmmədov (40 kq), Pərviz Abıyev (42 kq) və böyüklər arasında dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (56 kq) çempionatda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılarımız Cəlal Seyidov (32 kq) və Böyükağa Məstanov (36 kq) finala vəsiqə qazanıblar. Lakin finalda idmançılarımızın rəqibləri güclü olduğundan gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, ölkəmizi çempionatda 20 idmançı təmsil edib. Yarışda ümumilikdə 10 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi