Ru
Bakı
USD
EUR
GBP
RUB

“İdman jurnalistikası” magistr proqramına ölkə xaricində də maraq artmaqdadır (FOTO)

news photo

18.09.2019 12:16 // Təhsil

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris olunan ingilis dilli “İdman jurnalistikası” magistr proqramı çərçivəsində 2019-2020-ci tədris ilində dərslərə start verilib.

Akademiyadan Youthportal.az-a bildirilib ki, Azərbaycanın və Qafqazın ilk idman jurnalistikası magistr proqramında bu il iki qrup təhsil alacaq. Magistrlara idman marketinqi, PR, marketinq, media sahibkarlığı, idman reportyorluğu, fotojurnalistika, audio jurnalistika, televiziya, professional idman yazarlığı modulları tədris olunacaq.

Tədrisin ingilis dilində aparıldığı proqrama təkcə ölkədə deyil, ölkə xaricində də maraq artmaqdadır. Bu il proqrama qəbul olunan tələbələr arasında yerli tələbələrlə yanaşı, xarici tələbələr də var. Belə ki, Türkiyə, Nigeriya, Vyetnam və Pakistandan olan namizədlər proqrama qoşulmaq üçün müraciət edib. Onlardan Vyetnamdan və Nigeriyadan olan namizədlər müsahibə mərhələsindən uğurla keçərək proqrama qoşulma şansı qazanıblar.

Məlumat üçün bildirək ki, “İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təhsil müddəti 1 il yarımdır. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir.

Bununla yanaşı, “İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlar proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçəcəklər.

Əlavə məlumat üçün: https://www.facebook.com/asapesgold

https://asapesmedia.atavist.com/idman-jurnalistikasi

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi